“Lester” “Yuventus”un türkiyəli müdafiəçisi Merih Demiralı transfer etmək istəyir.

İtaliyalı jurnalist Nikola Skiranın məlumatına görə, artıq premyer liqa təmsilçisi Turin klubuna Türkiyə millisinin üzvünə görə 30 milyon avro ödəməyə hazırdır. “Tülkülər” hətta Merihə 2024-cü ilə qədər müqavilə də təklif edib.

Bu transfer baş tutsa, Demiral ilə 3 milyon avro məvacib alacaq. Amma məsələ ondadır ki, “Yuventus” 21 yaşlı müdafiəçisini satmaq istəmir.